...

Fiziki şəxslər birinci yarımildə məhsul ixracını 26%-dən çox azaldıb

İqtisadiyyat Materials 28 İyul 2025 16:05 (UTC +04:00)
Fiziki şəxslər birinci yarımildə məhsul ixracını 26%-dən çox azaldıb
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Cari ilin yanvar-iyun aylarında Azərbaycandan məhsul ixracının dəyəri 12,9 milyard ABŞ dolları olub.

Trend Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ixracın 51,2 milyon ABŞ dolları fiziki şəxslər tərəfindən həyata keçirilib.

Fiziki şəxslərin ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 18,4 milyon ABŞ dolları və ya 26,4% azalıb.

Belə ki, ötən ilin birinci yarısında Azərbaycandan məhsul ixracının dəyəri 12,9 milyard ABŞ dolları olub ki, bunun da fiziki şəxslərə düşən hissəsi 69,6 milyon ABŞ dolları olub.

Cari ilin hesabat dövründə fiziki şəxslər tərəfindən həyata keçirilmiş ixrac əməliyyatları ümumi ixracın 0,4%-ini təşkil edib.

Qeyd edək ki, 2025-ci ilin yanvar-iyun aylarında Azərbaycan xarici ölkələrlə 24,4 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu göstərici ötən ilin eyni dövrünə nisbətən 2,632 milyard ABŞ dolları və ya 12,1% çoxdur.

Xarici ticarət dövriyyəsinin 12,878 milyard ABŞ dolları ixracın, 11,522 milyard ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 0,2% azalıb, idxal isə 29,9% artıb.

Nəticədə, xarici ticarətdə 1,356 milyard dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 2,677 milyard ABŞ dolları və ya 3 dəfə azdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti