...

Qubadlıda avtomobil qəzasında yaralananların vəziyyəti açıqlandı (YENİLƏNİB)

Hadisə Materials 28 İyul 2025 19:30 (UTC +04:00)
Qubadlıda avtomobil qəzasında yaralananların vəziyyəti açıqlandı (YENİLƏNİB)
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Qubadlı.Trend:

27.07.2025-ci il tarixində saat 19:30 radələrində Qubadlı rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 4 nəfər (kişi cinsli) Füzuli Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

TƏBİB-dən Trend-ə bildirilib ki, onlara bədənin müxtəlif nahiyələrinin çoxsayılı travması diaqnozu təyin olunub.

"Xəsarət alan şəxslərdən 2001-ci il təvəllüdlü şəxs Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstititutuna, 1994-cü il təvəllüdlü şəxs isə Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına təxliyə olunub.

1999 və 1994-cü il təvəllüdlü şəxslərə isə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıblar", - məlumatda deyilir.

xxx

16:20

Qubadlıda dörd nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Trend-in yerli müxbirinin əldə etdiyi məlumata görə, Qubadlı rayonu ərazisində hərəkətdə olan minik maşını yoldan çıxaraq aşıb.

Nəticədə avtomobildə olan 4 nəfər müxtəlif dərəcəli xəsarət alıb.

Xəsarət alanlar Bakı şəhər sakinləri - 1994-cü il təvəllüdlü Əliyev Rauf Rafayil oğlu, 1999-cu il təvəllüdlü Alkərəmov İntiqam Mətləb oğlu, 2001-ci il təvəllüdlü Mütəllimov Məhəmməd Zülfüqar oğlu və Sumqayıt şəhər sakini, 1994-cü il təvəllüdlü Heydərov İlqar Elşən oğlu Füzuli Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti