...

Sürətli pul köçürmələrdə balans dəyişimi: daxilolmalar artıb, çıxışlar azalıb

İqtisadiyyat Materials 28 İyul 2025 14:47 (UTC +04:00)
Sürətli pul köçürmələrdə balans dəyişimi: daxilolmalar artıb, çıxışlar azalıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin iyulun 1-nə Azərbaycanda sürətli pul köçürmə sistemləri ilə banklara 296,8 min ədəd əməliyyat üzrə 162,7 milyon manat vəsait daxil olub.

Bu barədə Trend Azərbaycan Mərkəzi Bankından məlumat əldə edib.

Məlumata əsasən, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə aparılmış əməliyyatlar üzrə 22,3 min ədəd və ya 8,1%, vəsait həcmi üzrə isə 21,1 milyon manat və ya 14,9% çoxdur.

Hesabat dövrü ərzində bir ödənişin məbləği 548,1 manat təşkil edib ki, bu da 2024-cü ilin iyulun 1-nə olan göstəriciyə nisbətən 32,1 manat və ya 6,2% çoxdur.

Eyni zamanda cari ilin iyulun 1-nə Azərbaycanda sürətli pul köçürmə sistemlər ilə banklardan kənara 80,5 min ədəd əməliyyat üzrə 38,2 milyon manat vəsait köçürülüb. Bu isə 2024-cü ilin eyni dövrü ilə müqayisədə aparılmış əməliyyatlar üzrə 7,9 min ədəd və ya 8,9%, vəsait həcmi üzrə isə 0,9 milyon manat və ya 2,3% azdır.

Dövr ərzində sürətli pul köçürmə sistemləri ilə banklardan kənara köçürmələr üzrə bir ödənişin məbləği 473,8 manata bərabər olub ki, bu da 2024-cü ilin iyulun 1-nə olan göstəriciyə nisbətən 30,9 manat və ya 7% çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti