Bakı.Trend:
Bakının Xətai rayonunda oğurluq hadisəsi qeydə alınıb. Rayon ərazisində yerləşən sexlərin birindən 2000 manat dəyərində avtomobil təkərləri oğurlanıb.
Trend-in məlumatına görə, Xətai RPİ 35-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 36 yaşlı R.Əsgərov müəyyən olunaraq saxlanılıb.
Bundan başqa, Suraxanı rayonu ərazisində bir avtomobil qarajından ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş 40 yaşlı V.Məmmədov da polis əməkdaşları tərəfindən saxlanılıb.
Araşdırma aparılır.