Bakı. Trend:
Azərbaycan Dövlət Neft Şirkətində (SOCAR) Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycan üzrə missiyasının rəhbəri Anna Bordonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
Trend bu barədə SOCAR-dan məlumat əldə edib.
Qeyd edilib ki, görüşdə neft-qaz sektorunun inkişaf dinamikası, hasilat proqnozları, investisiyalar və enerji keçidi çərçivəsində görülən işlərdən bəhs olunub.
O cümlədən, bərpa olunan enerji və qaz ixracı infrastrukturu və digər sahələr barədə qarşılıqlı fikir mübadiləsi aparılıb.