Bakı. Trend:
28 iyul-1 avqust tarixlərində Milli Gimnastika Arenasında Avropa Gimnastikasının batut gimnastikası üzrə təlim-məşq toplanışı keçirilir.
Trend xəbər verir ki, təlim-məşqlərdə Azərbaycan, İtaliya, Çexiya, Danimarka və İsveçdən 100-ə yaxın gimnast və ekspert iştirak edir.
Bu təlim-məşqlərin əsas məqsədi gimnastların fiziki gücünün daha da artırılması, texniki bacarıqlarının təkmilləşdirilməsi və beynəlxalq arenada çıxış səviyyələrinin yüksəldilməsidir.
Toplanış zamanı gimnastlara müxtəlif çətinlik dərəcəli elementlərin yerinə yetirilməsi, proqramların stabilliyi və sinxron hərəkətlərin koordinasiyası üzrə təlimlər keçirilir.
Təlim-məşqlər, həmçinin, təcrübə mübadiləsi üçün əla fürsət yaradaraq müxtəlif ölkələrdən olan mütəxəssislər arasında əməkdaşlığın inkişafına da töhfə verir.
FOTO: Çingiz Abdullayev