...

Fransada Bəşər Əsəd barəsində beynəlxalq həbs orderinin verilməsi tələb olunur

Dünya xəbərləri Materials 28 İyul 2025 17:29 (UTC +04:00)
Fransada Bəşər Əsəd barəsində beynəlxalq həbs orderinin verilməsi tələb olunur
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Paris Prokurorluğu Suriya Respublikasının sabiq prezidenti Bəşər Əsədə qarşı yeni beynəlxalq həbs orderinin verilməsini tələb edib.

Trend xəbər verir ki, bu barədə "Agence France-Presse" (AFP) prokurorluğun bəyanatına istinadən məlumat yayıb.

Prokurorluq “insanlığa qarşı cinayətlərdə və hərbi cinayətlərdə iştirak ittihamı üzrə həbs orderinin verilməsini və onun beynəlxalq miqyasda yayılmasını” istəyib.

2025-ci il iyulun 26-da Fransa Kassasiya Məhkəməsi Bəşər Əsədə qarşı əvvəlki həbs orderini ləğv etmişdi.

Fransa ilk beynəlxalq həbs orderini 2023-cü ilin noyabrında vermişdi. Həmin vaxt siyasətçi 2013-cü ildə baş vermiş kimyəvi hücumda iştirakda ittiham olunurdu. İkinci order isə 2025-ci ilin yanvarında verilib – bu dəfə Əsədə 2017-ci ildə Dəraada həyata keçirilmiş bombardmanlara görə hərbi cinayətlərdə iştirakı ittihamı irəli sürülmüşdü.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti