...

A-Qroup sığortalısının müalicəsi üçün 49 000 AZN-dən çox pul ödəyib

İqtisadiyyat Materials 28 İyul 2025 15:23 (UTC +04:00)
A-Qroup sığortalısının müalicəsi üçün 49 000 AZN-dən çox pul ödəyib

Bakı. Trend:

2024-cü ilin sonundan etibarən A-Qroup sığorta şirkəti metastazlı sidik kisəsi xərçəng xəstəsi olan sığortalı müştərinin həyatı üçün mübarizə aparır. Müalicə müddətində A-Qroup artıq həm ölkə daxilində, həm də xaricdə - Türkiyədə 49.000 AZN-dən çox ödəniş edib. Müalicə davam etdikcə sığorta şirkəti ödənişləri mərhələli şəkildə həyata keçirir. Sığortalıya maliyyə dəstəyinin göstərilməsi A-Qroup Sığorta Şirkətinin prioritetidir.

Qarşıda hələ aylarla müalicə var. Hamımız inanırıq və ümid edirik ki, hər şey yaxşı bitəcək!

Xatırlatmaq istərdik ki, A-Qroup sığorta şirkəti 30 ildir ki, müştərilərinin qayğısına qalan və onlara beynəlxalq standartlara cavab verən xidmət göstərən şirkətdir.

Xəbər lenti

Xəbər lenti