...

SOCAR-ın Türkiyədəki neft emalı zavodu may ayında nafta istehsalını artırıb

Energetika Materials 28 İyul 2025 14:41 (UTC +04:00)
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsus olan və Türkiyədə yerləşən STAR Neft Emalı Zavodu 2025-ci ilin may ayında nafta istehsalını artırıb.

Trend bu haqda Türkiyənin Enerji Bazarlarının Tənzimlənməsi İdarəsinə (EPDK) istinadla xəbər verir.

Dərc olunan məlumatlara əsasən, cari ilin may ayında zavodda 137 022 ton nafta istehsal olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə (118 392 ton) 15,7 faiz çoxdur.

Qeyd edək ki, STAR zavodu hesabat dövründə – 2025-ci ilin may ayında – 796 302 ton xam neft idxal edib. Bu göstərici 2024-cü ilin may ayı ilə müqayisədə (973 110 ton) 18,2 faiz azalma deməkdir.

Onu da qeyd edək ki, “STAR” Neft Emalı Zavodu 2018-ci il oktyabrın 19-da fəaliyyətə başlayıb. Zavod neft emalı ilə neft-kimya sənayesinin inteqrasiyasını təmin edir və Türkiyə iqtisadiyyatının real sektorunda ən böyük investisiya layihəsidir.

2024-cü ilin sonundan etibarən zavodun illik xam neft emalı gücü 13 milyon tona çatıb. STAR zavodu dizel, nafta və aviasiya yanacağı daxil olmaqla müxtəlif neft məhsulları istehsal edir. Zavodun illik nafta istehsalı, demək olar ki, Petkim neft-kimya kompleksinin xammal tələbatını tam şəkildə qarşılayır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti