...

Audiovizual Şura son üç ayda aşkarlanan qanun pozuntuları və edilən xəbərdarlıqların sayını açıqlayıb

Cəmiyyət Materials 28 İyul 2025 09:09 (UTC +04:00)
Audiovizual Şura son üç ayda aşkarlanan qanun pozuntuları və edilən xəbərdarlıqların sayını açıqlayıb
Rəşid Qarayev
Rəşid Qarayev
Bütün xəbərlər

Bakı.Trend:

2025-ci ilin may, iyun və iyul ayları ərzində aparılmış monitorinqlər nəticəsində 3 qanun pozuntusu faktı aşkar edilib və bu hallar üzrə müvafiq qanunauyğun tədbirlər görülüb.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Audiovizual Şuradan məlumat verilib.

Bildirilib ki, bu pozuntulardan ikisi “Media haqqında” Qanunun 14-cü maddəsinin (mediada yayımlanan informasiyaya dair tələblər), biri isə 38-ci maddəsinin (yayım hüququ) tələblərinin pozulması ilə bağlı olub. Aşkar edilmiş pozuntularla əlaqədar yayımçılara 3 xəbərdarlıq edilib. Bu müddət ərzində cərimə tətbiqi ilə bağlı heç bir protokol tərtib olunmayıb.

Qeyd edilib ki, 2024-cü ilin sonlarından etibarən başlanan və hazırda davam edən audiovizual mediada piratçılıqla mübarizə çərçivəsində Audiovizual Şura tərəfindən tərtib edilən protokollar əsasında cari ilin ilk altı ayı ərzində platforma operatoru lisenziyasına malik 13 subyekt müvafiq məhkəmə qərarlarına əsasən hər biri 5000 manat məbləğində cərimələnib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti