...

Sabahın hava PROQNOZU

Cəmiyyət Materials 28 İyul 2025 12:32 (UTC +04:00)
Sabahın hava PROQNOZU
Rəşid Qarayev
Rəşid Qarayev
Bütün xəbərlər

Bakı.Trend:

Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin 28-dən 29-na keçən gecə və səhər bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.

Trend xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat yayıb.

Havanın temperaturu gecə +23 dərəcədən +27 dərəcəyədək, gündüz +32 dərəcədən +37 dərəcəyədək olacaq. Atmosfer təzyiqi normadan aşağı 754 mm civə sütunu, nisbi rütubət gecə 70-80 %, gündüz 45-55 % təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi, gecə və səhər arabir duman olacağı ehtimalı var. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə +22 dərəcədən +26 dərəcəyədək, gündüz +35 dərəcədən +40 dərəcəyədək, dağlarda gecə +10 dərəcədən +15 dərəcəyədək, gündüz +22 dərəcədən +27 dərəcəyədək olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti