Bakı. Trend:
Bu ilin iyun ayının sonuna Azərbaycanda rezident maliyyə institutlarının (həmçinin, statistik vahidin ödəniş kartları) emissiya etdiyi “American Express” kartları vasitəsilə əməliyyatların sayı 7,3 min ədəd, əməliyyatların həcmi isə 1,1 milyon manat olub.
Trend bu barədə Azərbaycan Mərkəzi Bankından məlumat əldə edib.
Məlumata görə, bir ay əvvəlki göstərici ilə müqayisədə “American Express” kartları ilə əməliyyatların sayı 0,3 min ədəd ədəd və ya 3,9% azalıb, əməliyyatların həcmi isə 0,2 milyon manat, yaxud da 22,2% artıb.
Bundan başqa, hesabat dövründə qeyri-rezident maliyyə institutlarının emissiya etdiyi “American Express” kartları vasitəsilə əməliyyatların sayı 1,7 min ədəd, əməliyyatların həcmi isə 1,4 milyon manat olub.
Bir ay əvvəlki göstərici ilə müqayisədə qeyri-rezident maliyyə institutlarının emissiya etdiyi “American Express” kartları vasitəsilə əməliyyatların sayı dəyişməz qalıb, əməliyyatların həcmi isə 0,5 milyon manat, yaxud da 55,5% artıb.
Qeyd edək ki, rezident maliyyə institutlarının emissiya etdiyi ödəniş kartları vasitəsilə əməliyyatların həcmi və sayı dedikdə, ölkə daxilində fəaliyyət göstərən maliyyə institutlarının (yerli banklar və ya maliyyə qurumları) verdiyi ödəniş kartları ilə həyata keçirilən əməliyyatların ümumi həcmindən və sayından bəhs olunur.
Qeyri-rezident maliyyə institutlarının emissiya etdiyi ödəniş kartları vasitəsilə əməliyyatların həcmi və say isə xarici ölkələrdə fəaliyyət göstərən bank və maliyyə institutları tərəfindən xaricdə yaşayan şəxslərə verilmiş ödəniş kartları ilə Azərbaycanda aparılan əməliyyatların miqdarını (sayı) və ümumi məbləğini (həcmini) göstərir.