...

Günəşdə qütb dəlikləri formalaşmağa başlayıb

Dünya xəbərləri Materials 28 İyul 2025 16:01 (UTC +04:00)
Günəşdə qütb dəlikləri formalaşmağa başlayıb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

2021–2022-ci illərdə, demək olar ki, tamamilə yoxa çıxmış qütb koronal dəlikləri Günəşdə yenidən aktiv şəkildə formalaşmağa başlayıb.

Trend xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası və Sibir Bölməsinin Günəş-Yer Fizikası İnstitutunun saytında yerləşdirilən məlumatda deyilir.

"Günəşdə qütb koronal dəliklərinin aktiv formalaşması başlayıb. Bu strukturlar 2021–2022-ci illərdə, demək olar ki, ulduzun səthindən yox olmuşdu və son bir həftə ərzində kosmosdan əldə olunan görüntülərə əsasən, yenidən geri qayıtmağa başlayıblar", – deyə məlumatda bildirilir.

Qeyd olunur ki, hazırda görüntülərə əsasən, şimal qütbündə koronal dəlik formalaşıb. Gözləntilərə görə, təxminən bir ay ərzində cənub qütb sahəsində də ikinci dəlik meydana gələcək. "Əgər bu strukturlar Günəşin aktivliyində baş verəcək güclü partlayışlarla dağıdılmasa, o zaman qarşıdakı 6–8 il ərzində bu dəliklər Günəşin görüntülərinin adi bir hissəsinə çevriləcək", – deyə alimlər əlavə ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti