Bakı. Trend:
Bakıda avtoyuma məntəqəsində çalışan şəxsi elektrik cərəyanı vurub.
Trend-in məlumatına görə, hadisə iyulun 28-də Nizami rayonu, Bəhruz Nuriyev küçəsində baş verib.
Belə ki, Sahib Şəbiyev sözügedən küçədə yerləşən yerləşən avtoyuma məntəqəsində elektrik cərəyanının təsiri nəticəsində ölüb.
Hazırda faktla bağlı rayon prokurorluğunda araşdırma davam etdirilir.