...

ABŞ İranın nüvə infrastrukturuna yenidən zərbələr endirməyə hazırdır - Tramp

Dünya xəbərləri Materials 28 İyul 2025 17:49 (UTC +04:00)
ABŞ İranın nüvə infrastrukturuna yenidən zərbələr endirməyə hazırdır - Tramp
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ İranın nüvə infrastrukturuna yenidən zərbələr endirməyə hazırdır.

Trend xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp Böyük Britaniyanın baş naziri Kir Starmerlə keçirdiyi görüş zamanı danışıb.

Görüşdən sonra jurnalistlər üçün keçirilən brifinq Ağ Evin “YouTube” kanalında canlı yayımlanıb.

Tramp bildirib ki, Tehranın nüvə proqramını bərpa etmək cəhdinə ABŞ dərhal və sərt şəkildə cavab verəcək.

"Onlar çox pis siqnallar göndərirlər, çox xoşagəlməz siqnallar. Bunu etməməlidirlər" – Tramp Şotlandiyada Böyük Britaniyanın baş naziri Kir Starmer ilə birgə çıxışı zamanı deyib.

Prezident iddia edib ki, ABŞ artıq İranın nüvə imkanlarını aradan qaldırıb və əgər Tehran bu proqramı yenidən bərpa etməyə cəhd göstərsə, dərhal tədbir görüləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti