Bakı. Trend:
Kimin tələb etməsindən asılı olmayaraq, İranın nüvə proqramından imtina etmək niyyəti yoxdur.
Trend-in məlumatına görə, bu barədə İranın xarici işlər naziri Abbas Araqçi "X" sosial şəbəkəsində yazıb.
"Ağlı başında heç kim öz həyatımızı xilas edən dinc texnologiyamıza böyük sərmayələrin faydalarından imtina etməz - xüsusən ona görə ki, təxribatçı əcnəbilər bunu tələb edirlər", - deyə o bildirib.
Nazir İsrail və ABŞ son zərbələri nəticəsində İranın nüvə obyektlərinə ciddi ziyan dəydiyini təsdiqləyib, lakin onun sözlərinə görə, bu, iranlıların dinc nüvə proqramı üzərində işi davam etdirmək əzminə təsir etməyib.