...

Tayland və Kamboca arasında atəşkəs qüvvəyə minib

Dünya xəbərləri Materials 28 İyul 2025 22:38 (UTC +04:00)

Bakı. Trend:

Beş günlük hərbi toqquşmalardan sonra Tayland və Kamboca arasındakı sərhəd bölgəsində atəşkəs qüvvəyə minib.

Trend-in məlumatına görə, iki Asiya ölkələri arasında atəşkəs daha əvvəl Malayziyanın baş naziri Ənvər İbrahim tərəfindən Kuala-Lumpurda Taylandın baş naziri səlahiyyətlərini icra edən Phumtham Veçayaçay ilə Kambocanın baş naziri Xun Manet arasında keçirilən danışıqlardan sonra elan edilib.

Qeyd edək ki, Tayland ilə Kamboca arasında münaqişəsinin mərkəzində iki ölkənin sərhədində yerləşən Preah Vihear məbədi və ona bitişik torpaqların mülkiyyət məsələsi dayanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti