...

Xaçmazda dənizdə meyit tapılıb

Hadisə Materials 28 İyul 2025 22:57 (UTC +04:00)
Xaçmazda dənizdə meyit tapılıb

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, Xaçmaz rayonu, İstisu qəsəbəsində, dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 800 metr aralı, nəzarətsiz ərazi) suyun üzündə kişi meyitinin aşkar olunması ilə bağlı məlumat daxil olub.

FHN-dən Trend-ə bildirilib ki, məlumatla əlaqədar, Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.

Həyata keçirilən tədbirlər nəticəsində meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Xəbər lenti

Xəbər lenti