Bakı. Trend:
Bu ilin iyun ayı ərzində Azərbaycanda Real Vaxt Rejimində Hesablaşmalar Sistemində (AZIPS) aparılan tranzaksiyaların həcmi 57,9 milyard manatı, sayı isə 186,8 min ədədi ötüb.
Bu barədə Trend Mərkəzi Bankdan məlumat əldə edib.
Məlumata əsasən, 2024-cü ilin eyni ayının göstəricilərinə nisbətdə aparılan əməliyyatların həcmində 5,1 milyard manat və ya 9,6%, sayında isə 21,5 min vahid və ya 13% artım qeydə alınıb.
Belə ki, 2024-cü ilin iyun ayında ölkədə AZIPS vasitəsilə aparılan əməliyyatların həcmi 52,8 milyard manatı, sayı isə 165,3 min ədədi ötmüşdü.
Bundan başqa, 2025-ci ilin iyun ayında Azərbaycanda Ani Ödənişlər Sistemi (AÖS) vasitəsilə aparılan əməliyyatların həcmi 180,5 milyon manat, sayı isə 393,5 min ədədə bərabər olub.
2024-cü ilin eyni ayı ilə müqayisədə AÖS vasitəsilə aparılan əməliyyatların həcmində 334,2 min vahid və ya 6,6 dəfə, həcmində isə 102,1 milyon manat və ya 2,3 dəfə artım qeydə alınıb.
Qeyd edək ki, ötən ilin iyun ayında ölkədə AÖS vasitəsilə aparılan əməliyyatların həcmi 78,4 milyon manat, sayı isə 59,3 min ədədə bərabər olub.
2025-ci ilin iyununda ölkədə Xırda Ödənişlər üzrə Hesablaşma Klirinq Sistemi (XÖHKS) vasitəsilə həyata keçirilən əməliyyatların həcmi 3,6 milyard manatı, sayı isə 9,9 milyon ədədi keçib.
Ötən ilin eyni ayı ilə müqayisədə XÖHKS vasitəsilə aparılan əməliyyatların həcmində 271 milyon manat və ya 6,9%, sayında isə təqribən 2,8 milyon vahid və ya 22,4% azalma qeydə alınıb.