...

Avstraliya sahillərində 6,9 bal gücündə zəlzələ baş verib

Dünya xəbərləri Materials 29 İyul 2025 02:48 (UTC +04:00)
Avstraliya sahillərində 6,9 bal gücündə zəlzələ baş verib

Bakı. Trend:

Avstraliyanın Makkuari adasında 6,9 bal gücündə zəlzələ baş verib.

Trend-in məlumatına görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi xəbər verib.

Məlumata əsasən, zəlzələnin episentri Yeni Zelandiyanın Danidin şəhərindən təxminən 1598 km cənub-qərbdə yerləşib. Yeraltı təkanların ocağı 10 km dərinlikdə olub.

Dağıntı və xəsarət alanlar barədə məlumat verilməyib. Sunami xəbərdarlığı verilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti