...

Tayland ordusu Kambocanı atəşkəsi pozmaqda ittiham edib

Dünya xəbərləri Materials 29 İyul 2025 05:07 (UTC +04:00)

Bakı. Trend:

Tayland ordusu Kambocanı atəşkəsi pozmaqda ittiham edib.

Trend-in məlumatına görə, bu barədə "France-Presse" agentliyi Tayland ordusunun sözçüsünə istinadən bildirib.

"Atəşkəs elan edildikdən sonra, Fu Makua bölgəsində Kamboca tərəfinin yaratdığı iğtişaşlar iki tərəf arasında bu gün səhərə qədər davam edən atışma ilə nəticələndiyi barədə məlumatlar daxil olub", - deyə Tayland ordusunun nümayəndəsi Ritç Suksuvanon qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti