Bakı. Trend:
Rusiya hökuməti avqustun 1-dən Rusiya-Ukrayna dövlət sərhədində əvvəllər fəaliyyət göstərən 20 keçid məntəqəsinin bağlanması barədə göstəriş verib.
Trend-in məlumatına görə, bununla bağlı Rusiya Federasiyasının Baş naziri Mixail Mişustinin müvafiq sərəncamı hüquqi informasiya portalında yerləşdirilib.
"Rusiya Federasiyası hökuməti ilə Ukrayna hökuməti arasında Rusiya Federasiyası ilə Ukrayna arasında dövlət sərhədindən buraxılış məntəqələri haqqında 1995-ci il 8 fevral tarixli sazişə uyğun olaraq, əlavədəki siyahıya uyğun olaraq Rusiya Federasiyasının dövlət sərhədindən buraxılış məntəqələri 2025-ci il avqustun 1-dən bağlanılsın", - deyə sərəncamda bildirilib.