Bakı. Trend:
İngiltərənin London şəhərində biçaqlı hücum törədilib.
Trend-in məlumatına görə, hadisə Londonun mərkəzində Sazerk ərazisində yerləşən ticarət obyektində baş verib.
Bildirilib ki, hücum nəticəsində iki nəfər ölüb.
Daha iki nəfər xəstəxanaya yerləşdirilib, həyatları təhlükə altındadır. Onlardan biri hadisədə əlaqəli olmaqda şübhəli bilinir.