Bakı. Trend:
Almaniya iqtisadiyyatı ABŞ-ın tətbiq etdiyi 15 faizlik rüsumlardan əhəmiyyətli dərəcədə zərər görəcək.
Trend-in məlumatına görə, bu barədə Almaniya kansleri Fridrix Merts deyib.
Almaniya kansleri ABŞ-la ticarət danışıqlarında daha çox şeyə nail ola bilməyəcəyi fikrini ifadə etdi.
"Mən tam olaraq baş düşürəm ki, qalacaq rüsumlar və bu, hər şeydən əvvəl Aİ-yə idxal üçün 0%-ə qarşı 15%-dir, Almaniyanın ixracyönümlü iqtisadiyyatı üçün əhəmiyyətli bir yükdür. Bu, tamamilə aydındır", - deyə o bildirib.