Bakı. Trend:
ABŞ Maliyyə Nazirliyi Serbiyanın neft sənayesinə qarşı sanksiyaları bir ay təxirə salıb.
Trend-in məlumatına görə, bu barədə "RTS" telekanalı Serbiyanın energetika naziri Dubravka Cedoviç-Handanoviçə istinadən xəbər verib.
Qeyd edilib ki, sanksiyalar 27 avqust 2025-ci ilə qədər təxirə salınıb. Bildirilib ki, bu, ilk dəfə deyil ki, ABŞ Maliyyə Nazirliyi NIS ilə bağlı bu məhdudlaşdırıcı tədbirlərin tətbiqini təxirə salmaq qərarına gəlib.