...

İsrail Qəzzaya humanitar yardım çatdırmaq üçün xarici ölkələrlə işləməyə davam edəcək

Dünya xəbərləri Materials 29 İyul 2025 05:41 (UTC +04:00)
İsrail Qəzzaya humanitar yardım çatdırmaq üçün xarici ölkələrlə işləməyə davam edəcək

Bakı. Trend:

İsrail Qəzza zolağına humanitar yardım axınını təmin etmək üçün beynəlxalq təşkilatlarla, eləcə də ABŞ və Avropa ölkələri ilə əməkdaşlığı davam etdirmək niyyətindədir.

Trend-in məlumatına görə, bu barədə İsrailin baş naziri Benyamin Netanyahunun mətbuat xidməti bildirib.

"İsrail Qəzza zolağına böyük həcmdə humanitar yardım axınını təmin etmək üçün beynəlxalq təşkilatlarla, eləcə də ABŞ və Avropa ölkələri ilə əməkdaşlığı davam etdirəcək", - deyə qeyd olunub.

Bu səylər çərçivəsində İsrail hərbçiləri hər gün saat 10:00-dan 20:00-a kimi Fələstin anklavının əsas yaşayış məntəqələrində əməliyyatları dayandırıb və saat 06:00-dan 23:00-dək humanitar yardım karvanlarının keçidi üçün təhlükəsiz marşrutlar müəyyənləşdiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti