Bakı. Trend:
Londonda Tauer körpüsü yaxınlığında bıçaqlı hücum baş verib. Naməlum şəxs bıçaqla iki nəfəri qətlə yetirib, bir nəfəri isə yaralayıb.
Trend bu barədə xarici KİV-lərə istinadən xəbər verir.
Məlumata görə, qurbanlardan biri 58 yaşlı kişi hadisə yerində keçinib, digər qurban - 27 yaşlı şəxs xəstəxanda dünyasını dəyişib.
Üçüncü zərərçəkmiş, 30 yaşlı kişinin xəstanada müalicə olunduğu və aldığı xəsarətlərin həyati təhlükəli olmadığı bildirilir.
Hadisənin baş verdiyi Sauzuark rayonunun polis rəisi bildirib ki, ilk versiyaya görə hadisə terorrla əlaqəli deyil. O, insidentin təfərrüatları barədə mətbuatı məlumatlandırmaqdan imtina edib.