Bakı. Trend:
Rumıniyada dağıdıcı daşqınlar nəticəsində azı 7 nəfər həyatını itirib.
Trend bu barədə ölkənin yerli KİV-lərinə istinadən xəbər verir.
Məlumata görə, Rumıniyanın Suçeva rayonunda daşqın sularında azı 3 nəfər həlak olub, bir neçə nəfər itkin düşüb.
Sel bölgənin yaşayış evlərinə, yollarına, sosial-məişət infrastrukturuna ciddi ziyan vurub.
Nyats rayonunda isə 290-dan çox təsərrüfata ziyan dəyib, 890-dan çox sakin təxliyə olunub.