...

NASA işçilərinin təxminən 20 faizini ixtisar etməyi planlaşdırır

Dünya xəbərləri Materials 29 İyul 2025 07:51 (UTC +04:00)
NASA işçilərinin təxminən 20 faizini ixtisar etməyi planlaşdırır

Bakı. Trend:

ABŞ-ın Milli Kosmik Agetliyinin – NASA-nın təxminən 4000 nəfər əməkdaşı istefa ərizəsi yazıb.

Trend-in məlumatına görə, bu barədə Amerika mediası məlumat yayıb.

Bildirilib ki, bu hadisə Prezident Donald Tramp administrasiyasının federal xərclərin azaldılması proqramı çərçivəsində baş verib. Digər mənbələrin məlumatına əsasən, 3870 nəfər və ya NASA əməkdaşlarının 20 faizindən çoxu işdən çıxmaq üçün ərizə yazıb. Agentlikdə ümumilikdə təxminən 18 min nəfər işləyir. İxtisar proqramında könüllü iştirakla bağlı ərizələrin təqdim olunması üçün son tarix ötən cümə günü başa çatıb.

Tramp administrasiyası bildirib ki, oktyabrda başlayacaq yeni maliyyə ilində NASA-nın büdcəsi ötən illə müqayisədə 24 faiz azaldılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti