...

Tikinti sahəsinə bir ayda 57 milyon manat biznes kredit verilib

İqtisadiyyat Materials 29 İyul 2025 11:55 (UTC +04:00)
Tikinti sahəsinə bir ayda 57 milyon manat biznes kredit verilib
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin iyulun 1-nə Azərbaycan banklarının tikinti sahəsinə verilmiş biznes kredit portfeli 1,543 milyard manat təşkil edib.

Trend bu barədə Mərkəzi Bankdan məlumat əldə edib.

Sözügedən sahə üzrə kredit portfeli aylıq müqayisədə 57 milyon manat (3,8%), ötən ilin eyni dövrü ilə nisbətdə isə 156 milyon manat (11,2%) artıb.

Belə ki, tikinti sahəsi üzrə banklar tərəfindən verilmişbiznes kreditlərin məbləği 2025-ci ilin iyunun 1-nə 1,486 milyard manat, ötən ilin iyulun 1-nə isə 1,387 milyard manat təşkil edib.

Qeyd edək ki, cari ilin iyul ayının 1-nə Azərbaycanda bankların kredit portfelinin həcmi 28,472 milyard manata bərabər olub. Kredit portfelinin 15,144 milyard manatı biznes kreditləri, 8,898 milyard manatı istehlak kreditləri, 4,430 milyard manatı isə ipoteka kreditləri təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti