Bakı. Trend:
Bu ilin iyulun 1-nə Azərbaycan banklarının sənaye sahəsinə verilmiş biznes kredit portfeli 2,688 milyard manat təşkil edib.
Trend bu barədə Mərkəzi Bankdan məlumat əldə edib.
Sözügedən sahə üzrə kredit portfeli aylıq müqayisədə 19,9 milyon manat (0,7%) artıb, ötən ilin eyni dövrü ilə nisbətdə isə 46 milyon manat (1,7%) azalıb.
Belə ki, sənaye sahəsi üzrə banklar tərəfindən verilmiş biznes kreditlərin məbləği 2025-ci ilin iyunun 1-nə 2,668 miyard manat, ötən ilin iyulun 1-nə isə 2,734 milyard manat təşkil etmişdi.
Qeyd edək ki, cari ilin iyul ayının 1-nə Azərbaycanda bankların kredit portfelinin həcmi 28,472 milyard manata bərabər olub. Kredit portfelinin 15,144 milyard manatı biznes kreditləri, 8,898 milyard manatı istehlak kreditləri, 4,430 milyard manatı isə ipoteka kreditləri təşkil edib.