Bakı. Trend:
Cari ilin yanvar-iyun aylarında Azərbaycana 8 min 38 ton süd və qaymaq idxal edilib.
Trend bu barədə Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.
Məlumata görə, bu miqdarda məhsulun idxalına 13,1 milyon ABŞ dolları xərc çəkilib.
Süd və qaymaq idxalı ötən ilin eyni dövrü ilə müqayisədə miqdar ifadəsi ilə 1 434 ton və ya 21,7%, dəyər ifadəsi ilə 2,8 milyon ABŞ dolları, yaxud da 27,2% artıb.
Belə ki, ötən ilin ilk altı ayı ərzində Azərbaycana 6 min 604 ton miqdarında, 10,3 milyon ABŞ dolları dəyərində süd və qaymaq idxal edilmişdi
Hesabat dövründə idxal olunmuş süd və qaymaq bu ilin birinci yarısında idxal olunmuş məhsulların 0,11%-ini təşkil edib.
Hesabat dövründə ixrac edilən pambıq ipliyinin ümumi ixracda payı 0,1%, qeyri-neft sektoru üzrə ixracda payı isə 0,74% olub.
Qeyd edək ki, 2025-ci ilin yanvar-iyun aylarında Azərbaycan xarici ölkələrlə 24,4 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu göstərici ötən ilin eyni dövrünə nisbətən 2,632 milyard ABŞ dolları və ya 12,1% çoxdur.
Xarici ticarət dövriyyəsinin 12,878 milyard ABŞ dolları ixracın, 11,522 milyard ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 0,2% azalıb, idxal isə 29,9% artıb.
Nəticədə, xarici ticarətdə 1,356 milyard dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 2,677 milyard ABŞ dolları və ya 3 dəfə azdır.