Bakı. Trend:
ABŞ-nin Braziliyanın faydalı qazıntılara çıxışı olmayacaq. Birgə hasilatı həyata keçirəcəyi tərəfdaşları Braziliya özü seçəcək.
Trend-in məlumatına görə, bu barədə Braziliya prezidenti Luis İnasio Lula da Silva bildirib.
"Ötən gün ABŞ-nin Braziliyanın son dərəcə əhəmiyyətli faydalı qazıntıları ilə maraqlanması ilə bağlı bir məqalə oxudum. Əgər onlar bu qədər vacibdirsə, mən onları özüm üçün götürəcəyəm. Mən niyə onları başqasına ötürməliyəm?", - deyə Braziliya prezidenti qeyd edib.
Onun sözlərinə görə, hazırda Braziliya ərazisinin yalnız 30 faizi tədqiq edilib, qalan torpaqlar hələ də tərəfdaşlarla birgə tədqiq edilməlidir.