Bakı. Trend:
Azərbaycan Mərkəzi Bankında (AMB) Azərbaycan Banklar Assosiasiyasının Rəyasət Heyətinin geniş tərkibinə daxil olan bankların rəhbər şəxsləri ilə görüş keçirlib.
Trend xəbər verir ki, bu barədə AMB sədri Taleh Kazımov "X" sosial şəbəkə hesabında paylaşım edib.
Qeyd edilib ki, görüş zamanı cari ilin birinci yarısında bank sektorunun fəaliyyət göstəriciləri və inkişaf meyilləri geniş şəkildə müzakirə olunub.
Həmçinin bank rəhbərləri ilə qarşıdakı dövr üçün strateji prioritetlər və sektorun gündəmində olan digər mühüm məsələlər üzrə fikir mübadiləsi aparılıb.