Bakı. Trend:
İyulun 28-də ilan sancması səbəbi ilə 2018-ci il təvəllüdlü azyaşlı (kişi cinsli) Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunub.
TƏBİB-dən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, dərhal zəruri tibbi xidmətlər göstərilən azyaşlıya ilan zəhəri əleyhinə zərdab tətbiq olunub.
“Hazırda azyaşlının müalicəsi Toksikologiya şöbəsində davam etdirilir, vəziyyəti ağır qiymətləndirilir”, - məlumatda qeyd edilib.