Bakı. Trend:
ABŞ-nin Nyu-York şəhərində Manhetten rayonunun mərkəzində yerləşən göydələndə baş vermiş silahlı insidentdə ölənlərin sayı hücumu həyata keçirmiş şəxs daxil olmaqla 5 nəfərə çatıb.
Trend bu barədə xarici KİV-lərə istinadən xəbər verir.
Ölənlərdən birinin polis əməkdaşı olduğu deyilir. Manhettendə ofis binasında insanlara atəş açan daha sonra intihar edən şəxsin Nevada sakini Şeyn Tamura olduğu müəyyən edilib.
Qeyd edilir ki, Tamur M4 hərbi təyinatlı avtomatla ofis binasına daxil olaraq bir polisi və iki kişini güllələyərək öldürüb, bir nəfəri isə ağır yaralayıb. Daha sonra o “Ruden Building Management” ofisinin yerləşdiyi mərtəbəyə qalxaraq bir qadını qətlə yetirib.
xxx
03:22
İyulun 28-də Nyu-Yorkun şəhərinin Manhetten bölgəsinin mərkəzində atışma olub.
Trend-in məlumatına görə, bu barədə "ABC News" televiziya kanalı polisdəki mənbəyə istinadən bildirib.
Məlumata əsasən, biri polis olmaqla iki nəfər yaralanıb.
Atəş açan şübhəli şəxs bağlı olan ofis binasına qaçıb. Yaralıların vəziyyəti hələlik məlum deyil.