Bakı. Trend:
ABŞ prezidenti Donald Tramp Böyük Britaniya hökumətini Şimal dənizində neft quyularının qazılmasına investisiya qoymağa çağırıb.
Trend xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri öz “Truth Social” sosial şəbəkə hesabında yazıb”
“Şimal dənizinin nefti Böyük Britaniya üçün xəzinədir. Amma vergilər o qədər yüksəkdir ki, o nefti çıxarmaq mənasız olur. Onlar faktiki olaraq neft və hasilat şirkətlərinə “siz bizə lazım deyilsiz” deyiblər. Tez bir zamanda neft hasilatını stimullaşdırın. Böyük Britaniya bundan böyük gəlir, əhali isə daha ucuz enerji qiymətləri əldə edəcək”, - Tramp yazıb.
Bundan əvvəl Tramp Şotlandiyanın Aberdin dəniz limanının Birləşmiş Krallığın əsas neft qovşağı edilməsini təklif etmişdi.