...

Dövlət proqramı üzrə magistraturaya qəbul nəticələri yaxın günlərdə elan ediləcək

Cəmiyyət Materials 29 İyul 2025 12:27 (UTC +04:00)
Dövlət proqramı üzrə magistraturaya qəbul nəticələri yaxın günlərdə elan ediləcək
Rəşid Qarayev
Rəşid Qarayev
Bütün xəbərlər

Bakı.Trend:

Dövlət proqramı üzrə magistraturaya qəbul nəticələri yaxın günlərdə elan ediləcək.

Trend xəbər verir ki, bunu bu gün Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri Turan Topalova jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, nəticələr emal prosesindədir. Bu il bakalavriat və doktorantura pillələri üzrə qəbul olan gənclər dünyanın 32 ali təhsil müəssisəsində təhsil alacaqlar:

“Bu ali təhsil müəssisələrinin içərisində Kembric, Oxford, Stantford, Honqkonq universiteti kimi uiversitetlər yer almaqdadır. İxtisas istiqamətlərinə müraciətdə isə əsasən informasiya texnologiyaları, mühəndislik, fundamental elmlər əsas ixtisas istiqamətləridir.

Qeyd edək ki, dövlət proqramına hər il 500 gəncin seçilməsi nəzərdə tutulur. 25%-dən çox olmayan hissəsi bakalavriat, 20%-dək hissəsi doktorantura, geridə qalan hissəsi magistratura pilləsinin payına düşür. Bu il 1146 dövlət proqramına müraciət olub, 900-dən çox müsahibə həyata keçirilib”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti