Bakı. Trend:
Xəzər dənizi ərazisində zəlzələ baş verib.
Trend xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində fəaliyyət göstərən Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Məlumata görə, 3 bal gücündə zəlzələ yerli vaxtla saat 05:07-də baş verib.
Zəlzələnin ocağı 13 km dərinlikdə yerləşib.