...

Türkiyədə bu səbəbə görə daha 25 nəfər saxlanılacaq

Dünya xəbərləri Materials 29 İyul 2025 10:15 (UTC +04:00)
Türkiyədə bu səbəbə görə daha 25 nəfər saxlanılacaq
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyədə İstanbul Böyükşəhər Bələdiyyəsinə qarşı korupsiya istintaqı çərçivəsində daha 25 nəfər barəsində həbs qərarı çıxaırlıb.

Trend bu barədə Türkiyə KİV-ə istinadən xəbər verir.

İstanbul Baş Prokurorluğu Əziz İhsan Aktaş cinayət təşkilatına qarşı aparılan istintaq çərçivəsində bir sıra tenderlərdə saxtakarlıq edildiyi iddiası ilə belə bir qərar verib.

Şübhəlilərin İstanbul, Antalya, Çanaqqala, Trabzon, Bursa və Giresun şəhərlərində saxlanılması üçün əməliyyatlara başlanılıb.

Həbs edilən şəxslərdən bəziləri aşağıdakılardır:

İrfan Demet – Baş direktor

Kazım Taylan Sever – Nəqliyyat Vasitələrinin Baxım və Təmir İdarəsinin rəhbəri

Halil İbrahim Kaya – İkitelli Qarajının müdiri

Ali Haydar Topçu – Mühasibat müdiri

Şeymus Oral – Maliyyə İşləri İdarəsinin rəhbəri

Məqalədə:
Xəbər lenti

Xəbər lenti