...

Çində sel və torpaq sürüşmələri 38 nəfərin həyatına son qoyub

Dünya xəbərləri Materials 29 İyul 2025 11:20 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Çinin paytaxtı Pekində leysan yağışların səbəb olduğu sel və torpaq sürüşmələri ilə əlaqədar azı 38 nəfər həyatını itirib.

Trend xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Məlumata görə, daşqınlarla əlaqədar şəhərin bir çox yerlərində elektrik təchizatı kəsilib, su basmış yaşayış zonalarının sakinləri məcburi təxliyə olunurlar.

Çinin baş naziri Li Syan leysan yağışlar və daşqınların ən çox Pekinin Miyun rayonuna ziyan vurduğunu bildirərək, həmin ərazidə xilasetmə tədbirlərinin genişləndirilməsini tələb edib.

Güclü leysanla müşayiət olunan qasırğa Pekinin 130 kənd və qəsəbəsini işıqsız qoyub, magistralların 30-dan çox hissəsini yararsız hala gətirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti