Bakı. Trend:
Almaniyanın şərqində hərbi helikopter qəzaya uğrayıb.
Trend xəbər verir ki, bu barədə “Bild” yerli güc strukturlarına istinadən məlumat yayıb.
İnsident Saksoniya torpağının Qrimm şəhəri yaxınlığında baş verib.
Şahidlərin bildirdiyinə görə, qəzaya uğramış helikopterin qalıqları Mulde çayından tapılıb.
Hazırda polis və xilasedicilər helikopterin göyərtəsində olmuş pilotun axtarışlarını həyata keçirir. Axtarışlara dalğıcların cəlb olunacağı gözlənilir.
Yerli rəsmilər hələlik qəzanın səbəbi və təfərrüatı barədə məlumat vermir.