...

BVF 2025-2026-cı illər üzrə qlobal iqtisadi artımla bağlı proqnozlarını açıqlayıb

İqtisadiyyat Materials 29 İyul 2025 17:28 (UTC +04:00)
BVF 2025-2026-cı illər üzrə qlobal iqtisadi artımla bağlı proqnozlarını açıqlayıb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Beynəlxalq Valyuta Fondu (BVF) cari il üzrə qlobal iqtisadi artım tempinə dair proqnozunu 0,2 faiz bəndi artıraraq, 3%-ə, 2026-cı il üçün isə 0,1 faiz bəndi artıraraq, 3,1%-ə yüksəldib.

Trend xəbər verir ki, bu barədə fondun iyul ayı üzrə yenilənmiş “Qlobal İqtisadi Perspektivlər” adlı hesabatında bildirilir.

Hesabatda qeyd olunduğuna görə, apreldə dərc edilmiş əvvəlki qiymətləndirmələrin yenidən nəzərdən keçirilməsi, xüsusilə də bir sıra istehsalçıların “rüsumların artırılacağı gözləntisi ilə” tədarükləri artırmaq üçün atdığı addımlar və ABŞ-də gömrük rüsumlarının apreldə elan ediləndən orta hesabla daha aşağı olması ilə əlaqədardır.

Bundan əlavə, artımın səbəbləri arasında “dolların zəifləməsi və bir sıra ölkələrdə tətbiq olunan fiskal stimullaşdırıcı tədbirlər də daxil olmaqla, maliyyə şərtlərinin yaxşılaşması” göstərilir.

Sənəddə vurğulanır ki, “Gömrük rüsumlarının artırılması qlobal iqtisadi artımın ləngiməsinə səbəb ola bilər”.

Fondun mütəxəssisləri hesab edirlər ki, əgər ABŞ bir sıra ölkələrlə uzunmüddətli ticarət razılaşmalarına nail ola bilməzsə, bu, dünya üzrə iqtisadi fəallığa mənfi təsir göstərə bilər.

Fondun məlumatına əsasən, “geosiyasi gərginliklər qlobal tədarük zəncirlərini poza və xammal qiymətlərinin artmasına səbəb ola bilər”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti