...

Azərbaycanla BƏƏ şirkəti arasında logistika sahələrində əməkdaşlıq müzakirə edilib

İqtisadiyyat Materials 29 İyul 2025 17:39 (UTC +04:00)
Azərbaycanla BƏƏ şirkəti arasında logistika sahələrində əməkdaşlıq müzakirə edilib
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanla "Abu Dhabi Ports Group" şirkəti arasında gəmi nəqliyyatı, gəmiqayırma və logistika sahələrində əməkdaşlıq müzakirə edilib.

Trend xəbər verir ki, bu barədə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev "X" sosial şəbəkə hesabında paylaşım edib.

"Dünyanın aparıcı ticarət, logistika və dənizçilik şirkətlərindən olan "Abu Dhabi Ports Group"un nümayəndələri ilə görüş keçirdik. Görüş zamanı şirkətlə gəmi nəqliyyatı, gəmiqayırma və logistika sahələrində əməkdaşlıq imkanlarını müzakirə etdik", - deyə paylaşımda qeyd edilib.

Qeyd edək ki, "Abu Dhabi Ports Group" Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə yerləşən dövlətə məxsus bir logistika, liman və ticarət şirkətidir. Bu qrup "Abu Dhabi Developmental Holding Company" (ADQ) tərəfindən idarə olunur və BƏƏ-də və daha geniş bölgədə ticarət və logistikanın inkişafında mühüm rol oynayır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti