...

BMT-dən Qəzzadakı aclıq böhranı ilə bağlı AÇIQLAMA

Dünya xəbərləri Materials 29 İyul 2025 20:12 (UTC +04:00)
BMT-dən Qəzzadakı aclıq böhranı ilə bağlı AÇIQLAMA
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Qəzzaya sızan yardımlar selə çevrilməlidir.

Trend xəbər verir ki, bunu BMT-nin Baş katibi Antonio Quterreş deyib.

Quterreş bildirib ki, Qəzza hazırda aclığın astanasındadır.

Qəzzada fələstinlilərin misli görünməmiş bir humanitar fəlakət yaşadığını qeyd edən Quterreş bunun xəbərdarlıq yox, bütün dünyanın gözü qarşısında baş verən bir reallıq olduğunu vurğulayıb:

“Qəzzaya sızan yardım indi sel kimi axmalıdır. Qida, su, dərman və yanacaq Qəzzaya fasiləsiz və maneəsiz çatmalıdır. Bu, bizim ümumi insanlığımızın sınağıdır və uğursuzluğa düçar ola bilmərik”.

Xəbər lenti

Xəbər lenti