Bakı. Trend:
Bu ilin iyulun 1-nə Azərbaycanda fəaliyyət göstərən banklar və qeyri-banklar tərəfindən sənaye və istehsal sektoruna qoyulmuş kreditlərin həcmi 1,6 milyard manata çatıb.
Bu barədə Trend Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat əldə edib.
Məlumata görə, bu göstərici aylıq müqayisədə 24,6 milyon manat və ya 1,5%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 154,9 milyon manat və ya 10,3% çoxdur.
Qeyd edək ki, hesabat dövründə Azərbaycanda real sektora kredit qoyuluşu üzrə kredit portfeli 30,2 milyard manat, o cümlədən, vaxtı keçmiş kreditlərin həcmi isə 527,4 milyon manat təşkil edib.
Bu da ümumi kredit portfeli üzrə aylıq müqayisədə 43 milyon manat və ya 0,1%, 2024-cü ilin eyni dövründəki göstərici ilə müqayisədə isə 3,2 milyard manat və ya 12% artım deməkdir.
Eyni zamanda, vaxtı keçmiş kreditlərin həcmi isə aylıq ifadədə 19,1 milyon manat və ya 3,8%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 75,7 milyon manat, yaxud 16,8% artıb.