...

Tramp Ukrayna ilə sülhün bərqərar olması üçün Rusiyaya 10 gün vaxt verib

Dünya xəbərləri Materials 29 İyul 2025 22:14 (UTC +04:00)
Tramp Ukrayna ilə sülhün bərqərar olması üçün Rusiyaya 10 gün vaxt verib

Bakı. Trend:

Vaşinqton administrasiyası Rusiya ilə Ukrayna arasındakı münaqişənin həllinə dair 10 gün ərzində razılıq əldə etməyə çalışır, əks halda ABŞ idxal rüsumları tətbiq edəcək.

Trend xəbər verir ki, bu barədə ABŞ-ın prezidenti Donald Tramp jurnalistlərə açıqlama verib.

“10 gün sonra biz tariflər və digər tədbirlər tətbiq edəcəyik. Bu, Rusiyaya təsir edəcəkmi, bilmirəm. Ola bilər təsir etsin, ola da bilər etməsin. Amma təsir edə biləcəyi ehtimalı da var”, – deyə Tramp bildirib.

O əlavə edib ki, Rusiya hələ də müharibəni davam etdirmək niyyətindədir.

Xəbər lenti

Xəbər lenti