Bakı. Trend:
İstanbulun Çekmeköy rayonunda süngər fabrikində yanğın olub.
Trend xəbər verir ki, fabrikdə hələ məlum olmayan səbəbdən başlayan yanğın sürətlə yayılıb.
Hadisə yerinə çox sayda yanğınsöndürən, polis və tibb işçiləri cəlb olunub.
Partlayışların da qeydə alındığı yanğın zavodun transformator sisteminə ziyan vurub. Yanğınla əlaqədar bəzi ətraf ərazilərdə elektrik enerjisinin verilişində fasilələr yaranıb.
Yanğınsöndürənlər yanğını nəzarət altına almaq üçün səylərini davam etdirirlər.