...

Banklar altı ayda ticarət və xidmət sektoruna 4,2 milyard manat kredit ayırıb

İqtisadiyyat Materials 29 İyul 2025 17:35 (UTC +04:00)
Banklar altı ayda ticarət və xidmət sektoruna 4,2 milyard manat kredit ayırıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin iyulun 1-nə Azərbaycanda fəaliyyət göstərən banklar və qeyri-banklar tərəfindən ticarət və xidmət sektoru qoyulmuş kreditlərin həcmi 4,2 milyard manata çatıb.

Bu barədə Trend Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat əldə edib.

Məlumata görə, bu göstərici aylıq müqayisədə 24,3 milyon manat və ya 0,6%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 86,1 milyon manat və ya 2,1% çoxdur.

Qeyd edək ki, hesabat dövründə Azərbaycanda real sektora kredit qoyuluşu üzrə kredit portfeli 30,2 milyard manat, o cümlədən, vaxtı keçmiş kreditlərin həcmi isə 527,4 milyon manat təşkil edib.

Bu da ümumi kredit portfeli üzrə aylıq müqayisədə 43 milyon manat və ya 0,1%, 2024-cü ilin eyni dövründəki göstərici ilə müqayisədə isə 3,2 milyard manat və ya 12% artım deməkdir.

Eyni zamanda, vaxtı keçmiş kreditlərin həcmi isə aylıq ifadədə 19,1 milyon manat və ya 3,8%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 75,7 milyon manat, yaxud 16,8% artıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti