...

Azərbaycanın dörd boksçusu Almaniyadakı turnirdə çıxış edəcək

İdman Materials 29 İyul 2025 17:04 (UTC +04:00)
Azərbaycanın dörd boksçusu Almaniyadakı turnirdə çıxış edəcək
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

İyulun 30-da Almaniyanın Frankfurt şəhərində gənc boksçular (U-19) arasında “Brandenburq Kuboku” start götürəcək.

Azərbaycan Boks Federasiyasından Trend-ə verilən məlumata görə, 4 gün davam edəcək beynəlxalq turnirə milli komandamız 4 idmançı ilə yollanıb.

Baş məşqçi Elbrus Rzayevlə məşqçi Yadigar Məmmədov Frankfurtda Bilalhəbaşi Nəzərov (50 kiloqram), Zidan Hümbətov (55 kiloqram), Sübhan Babayev (60 kiloqram) və Məhəmməd Cəfərova (+90 kiloqram) şans verəcək.

Yarışda Azərbaycanı hakim kimi Anar Nağdıyev təmsil edəcək.

Xəbər lenti

Xəbər lenti